SOCAR və “Uniper” strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsini nəzərdən keçirib
sizinxeber.az xəbər saytı

SOCAR və “Uniper” strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsini nəzərdən keçirib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Uniper” şirkəti arasında enerji biznesi ilə bağlı geniş spektrli mövzular üzrə mövcud strateji tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

“Sizinxeber.az”un SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru Karsten Poppinqa arasında keçirilən görüşdə bildirilib.

Söhbət zamanı şirkətlər arasında “Şahdəniz” yatağından hasil edilən təbii qazın alqı-satqısı üzrə sazişin uğurla həyata keçirildiyi vurğulanıb və qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Tərəflər neft-qaz sektoru ilə yanaşı, enerji keçidi, enerji səmərəliliyinin artırılması sahələrində əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər

SOCAR-ın prezidenti “Uniper Se”nin İdarə Heyətinin üzvü və baş kommersiya direktoru ilə görüşüb
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
SOCAR-la “KazMunayGaz” arasında Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib
SOCAR “Eni S.p.A” şirkəti ilə upstream layihələrində investisiya imkanlarını nəzərdən keçirəcəklər - YENİLƏNİB
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle