Səfir: “İran Rusiya qazının tranzitində maraqlıdır”
İran Rusiya qazının tranzitində maraqlıdır.
"Sizinxeber.az" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib.
“Bilirsiniz ki, artıq Rusiyanın investisiya yatırdığı və işlədiyi beş yataq var. Təbii qazla bağlı deyə bilərəm ki, İranın cənubunda iki yataq var və biz Rusiya Federasiyası ilə işləməkdə maraqlıyıq”, - o Həştərxanda jurnalistlərə bildirib.
K.Cəlalinin sözlərinə görə, İran Rusiya qazını öz ərazisi ilə daşımağa hazırdır.
O vurğulayıb ki, İran respublikada “Lukoil” şirkətinin daha fəal işləməsinə hazırdır: “Biz həmişə “Lukoil” şirkətinə bildirmişik ki, onların investisiyalarını qəbul etməyə hazırıq. Davamlı olaraq şirkətin baş direktoru ilə danışıqlar aparırıq”.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
