

Sabah Astara, Masallı və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
Sabah Astara, Masallı və Yardımlı rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Astara rayonu Balaca Şahağacı kəndində orta təzyiqli yeraltı daşıyıcı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar "Şahağac" qaz paylayıcı stansiyadan qidalanan Kakalos, Balaca Şahağacı, Qamışoba və Pensər kəndinin bir hissəsi olmaqla, ümumilikdə 1 100 abonentin qaz təchizatının sabah saat 14:00 dan işlər yekunlaşana kimi dayandırılması planlaşdırılır.
Eyni zamanda Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyadan qidalanan, Köhnə-Alvadı, Bambaşı kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədi ilə sabah saat 10:00 dan işlər yekunlaşana qədər Bambaşı, Böyük Xocavar və Yeyənkənd kəndlərinin, ümumilikdə 1 900 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Yardımlı rayonu Şilavəngə, Çayüzü və Perimbel kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14.00-dan işlər başa çatanadək, ümumilikdə 300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxşar xəbərlər
Masallıda 1800 abonent qazsız qalacaq
Sabah Astaranın 3 yaşayış məntəqəsində qaz olmayacaq
Sabah Masallının dörd kəndində qazın verilişi dayandırılacaq
Sabah Bakı və Mingəçevirin bəzi ərazilərində qaz olmayacaq
Sabah İmişlinin 4 kəndində qazın verilişi dayandırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
