sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sabah Masallının dörd kəndində qazın verilişi dayandırılacaq
Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq.
"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 mm-lik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
"Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir", - məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
