Azərbaycanda I rübdə 87 min tona yaxın karbamid istehsal olunub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
apr
2026
10:00
0
0
1 296
ff

Azərbaycanda I rübdə 87 min tona yaxın karbamid istehsal olunub

15 apr, 2026
10:00
1 296

Azərbaycanda I rübdə 87 min tona yaxın karbamid istehsal olunub

Bu ilin I rübündə Azərbaycanda 85,6 min ton karbamid istehsal olunub.

"Sizinxeber.az"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin üç ayı ilə müqayisədə 37,6 % azdır.

Bu ilin aprelin 1-nə 27,7 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

×
×