Azərbaycanda iki ayda 43 min tona yaxın karbamid istehsal olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanda iki ayda 43 min tona yaxın karbamid istehsal olunub


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 42,9 min ton həcmində karbamid istehsal olunub.

"Sizinxeber.az"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 50,7 % azdır.

Bu ilin martın 1-nə 15,7 min ton hazır məhsul qalığı yaranıb.

Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb
Azərbaycan karbamid istehsalın 18 % artırıb
SOCAR-ın Karbamid Zavodu məhsulunu 15-dən çox ölkəyə ixrac edir
Azərbaycanda bu il karbamid istehsalının artırılması planlaşdırılıb
Azərbaycan 4 ayda metanol istehsalının həcmini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər