Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Bu gün Brüsseldə ədalətli və rəqabətli “yaşıl keçid”ə nail olmaq barədə məsələlərin müzakirə olunacağı "Avropa Dayanıqlı Enerji Həftəsi 2025" (“EUSEW2025”) öz işinə başlayır.
“Sizinxeber.az”un Avropa bürosunun məlumatına görə, həftə boyu Avropanın siyasi paytaxtında Avropa Komissiyasının təşkilatçılığı ilə müxtəlif tədbirlər, o cümlədən Beynəlxalq Enerji Agentliyinin (IEA) enerji səmərəliliyi üzrə 10-cu illik Qlobal konfransı keçiriləcək.
Konfransın iştirakçıları arasında energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də var. Eyni zamanda nazir konfransda çıxış edəcək.
Eyni zamanda, bu həftə P.Şahbazov və Avropa İttifaqının (Aİ) enerji üzrə komissarı Dan Yorgensen Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi çərçivəsində görüşəcəklər. Bu isə ənənəvi olaraq Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə Məşvərət Şuraları çərçivəsində keçirilən görüşün davamı olacaq.
Görüşdə Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı, həmçinin “təmiz enerji”yə keçid, o cümlədən bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və metan emissiyaları sahəsində bir sıra məsələlər müzakirə olunacaq.
Oxşar xəbərlər
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana gəlir
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq
“Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin “Yol Xəritəsi” nəzərdən keçirilib
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb
Azərbaycan Aİ ilə enerji təşəbbüsləri üzrə müzakirələr aparıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













