Serbiya ilə Azərbaycan enerji səmərəliliyi sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Serbiya ilə Azərbaycan enerji səmərəliliyi sahəsində əməkdaşlığı müzakirə edib


Serbiya ilə Azərbaycan arasında enerji səmərəliliyi, uzaqdan isitmə sistemləri sahəsində təcrübə mübadiləsi müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç feysbuk sosial şəbəkəsindəki hesabında məlumat verib.

Müzakirələr serbiyalı nazir ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasındakı görüşdə aparılıb.

Onun sözlərinə görə, tərəflər Azərbaycanla Serbiya arasında həyata keçirilən böyük infrastruktur layihəsi olan Niş Qaz Zavodu ilə bağlı məsələləri müzakirə edib: "Bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələlərini də müzakirə etdik. Biz yalnız deklarativ deyil, həm də Serbiyada sabit enerji sistemi üçün ölçülə bilən və vacib olan layihələr üzərində səylə çalışırıq".

Oxşar xəbərlər

Serbiya bərpa olunan enerji sahəsində Azərbaycanla praktiki əməkdaşlığa hazırdır
Dubravka Djedoviç: “Serbiya bu qış Azərbaycandan qaz nəqlinin artırılması ilə enerji təhlükəsizliyini gücləndirəcək”
Azərbaycan Serbiya ilə enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan Bolqarıstanla bu ölkənin qazlaşdırılmasını müzakirə edib - YENİLƏNİB
Serbiyanın “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə qoşulması müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər