İraqın neft naziri: "Ceyhan boru kəməri ilə ixrac yaxın günlərdə bərpa olunacaq"
sizinxeber.az xəbər saytı

İraqın neft naziri: "Ceyhan boru kəməri ilə ixrac yaxın günlərdə bərpa olunacaq"


İraqdan Ceyhan (Türkiyə) boru kəməri ilə neft ixracı bu gün və ya sabah bərpa olunacaq.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ölkənin neft naziri Hayan Əbdül Qani İraq informasiya agentliyinə müsahibəsində bildirib.

"Kərkük vilayətində neft stansiyalarının inkişafı və bərpası üzrə bir sıra layihələr həyata keçirilib. Bu gün və ya sabah biz Türkiyənin Ceyhan boru kəməri ilə neft ixracını bərpa edəcəyik. İlkin mərhələdə ixrac həcmi Kürdistanla razılaşma imzalandıqdan sonra gündəlik 80 min barel təşkil edəcək", - o qeyd edib.

Nazirin sözlərinə görə, neft nasos stansiyasının ötürücülük qabiliyyətini gündəlik 25,6 min barel artırmaq mümkün olub: "Kərkükün şimalındakı stansiyanın ümumi gücü indi gündəlik 90 min barelə çatıb".

Qeyd edək ki, Kərkük-Ceyhan neft kəməri 2023-ci ilin fevralında güclü zəlzələdən sonra fəaliyyətini dayandırıb.

Oxşar xəbərlər

BTC ilə neft ixracının həcmi noyabrda 10 % artıb
Ötən il Bakı-Supsa boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb
Azərbaycan iki ayda 4 milyon tona yaxın neft-kondensat ixrac edib
Bu il Azərbaycan 22 milyon tondan çox neft-kondensat ixrac edib
Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər