BP ADUA blokunda ikiölçülü seysmik tədqiqat aparıb
Britaniyanın BP şirkəti "Əşrəfi-Dan ulduzu-Aypara" (ADUA) blokunda ikiölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparıb.
Bu barədə "Report" "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir.
"ADUA layihəsi üzrə ilk addım olaraq suyun 20-40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Aprelin ortalarında başlanmış və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqat 20 gün davam edib", - məlumatda bildirilib.
Tədqiqatda əsas məqsəd yerin təxminən 1 500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
"Əşrəfi-Dan-Ulduz-Aypara" bloku Bakının 90-110 km şimal-şərqində, 80-180 metr dərinlikdə yerləşir.
Oxşar xəbərlər
Qordon Birrell: "ADUA blokunda seysmik və qazma kəşfiyyat işləri planlaşdırılır"
BP və SOCAR “Qarabağ” layihəsi üzrə yeni sənəd imzalayacaq
SOCAR və BP “Qarabağ” və “Əşrəfi -Dan Ulduzu–Aypara” neft yataqlarına dair Anlaşma Memorandumu imzalayıblar
BP və SOCAR "Qarabağ" layihəsi ilə bağlı şərtləri razılaşdırmalıdırlar
BP və SOCAR "Qarabağ" layihəsi ilə bağlı şərtləri razılaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
DÇ-2026: CAR - Cənubi Koreya oyunu start götürüb
