EBRD Azərbaycanda BESS layihələrinin maliyyələşdirilməsi imkanlarını qiymətləndirə bilər
sizinxeber.az xəbər saytı

EBRD Azərbaycanda BESS layihələrinin maliyyələşdirilməsi imkanlarını qiymətləndirə bilər


Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda enerji saxlanc sistemlərinin (BESS) yaradılması layihələrinin maliyyələşdirilməsində maraqlıdır.

Bunu "Report"a müsahibəsində EBRD-nin Avrasiya regionu üzrə direktoru, Energetika Departamentinin rəhbəri Şule Topçu Kılıç bildirib.

Onun sözlərinə görə, EBRD müxtəlif bazarlarda həm ayrıca BESS layihələri, həm də BOEM obyektləri ilə inteqrasiya olunmuş həllər formatında enerji saxlanc sistemlərinin maliyyələşdirilməsində böyük təcrübəyə malikdir.

"Külək və günəş enerjisi istehsalının payı artdıqca enerji saxlanc sistemləri istehsalda fasilələrin aradan qaldırılması və enerji sisteminin balanslaşdırılmasının təmin edilməsi üçün təbii alətə çevrilir. Bu baxımdan biz Azərbaycanda bu cür layihələrin maliyyələşdirilməsi imkanlarını araşdırmaqda maraqlıyıq", - o qeyd edib.

Regional direktor bildirib ki, Azərbaycanın "yaşıl hidrogen" və təmiz enerji ixracına yönəlməsi vaxtında atılan addımdır və bank qeyd olunan istiqamətdə hazırlıq işlərini dəstəkləyir.

"Xüsusilə biz hökumət orqanları ilə COP29-da təqdim edilmiş Hidrogen üzrə Milli Strateji Baxış sənədi üzərində işləmişik. Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə hazırda onun həyata keçirilməsinə dəstək yollarını araşdırırıq. EBRD Misir və Özbəkistanda uğurlu nümunələr daxil olmaqla, digər ölkələrdə "yaşıl hidrogen" üzrə pilot layihələrin dəstəklənməsində təcrübəyə malikdir. Biz yaxın gələcəkdə Azərbaycanda da oxşar imkanları nəzərdən keçirməyə hazırıq", - o əlavə edib.

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Azərbaycanda Batareya Enerji Saxlanc Sistemləri quraşdırılacaq
Şule Kılıç: "EBRD Azərbaycanda "yaşıl enerji" üzrə yeni tenderləri dəstəkləməyə hazırdır"
Şule Kılıç: "EBRD Azərbaycanda "yaşıl layihə"ləri maliyyələşdirməyə hazırdır" - MÜSAHİBƏ
Sahil Babayev: "EBRD-nin maliyyə dəstəyi ilə "yaşıl enerji" layihələrinin tətbiqi genişlənib"
Azərbaycanda regionun ən böyük batareya saxlanc sistemləri enerji şəbəkəsinə inteqrasiya olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər