Sahil Babayev: "EBRD-nin maliyyə dəstəyi ilə "yaşıl enerji" layihələrinin tətbiqi genişlənib"
Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə "yaşıl enerji" layihələrinin tətbiqi genişlənib.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev EBRD-nin Davamlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.
Onun sözlərinə görə, Azərbaycan EBRD-lə əlaqələrin inkişafına böyük əhəmiyyət verir: "Ölkəmizdə bankın maliyyə dəstəyi ilə həm dövlət, həm də özəl sektorda bir sıra layihələr həyata keçirilib, iqtisadiyyatın şaxələndirilməsi, ictimai infrastrukturun inkişafı və "yaşıl enerji" layihələrinin tətbiqi genişlənib".
Bundan başqa, görüşdə hazırda icra olunan və icrası planlaşdırılan layihələr üzrə də fikir mübadiləsi aparılıb.
H.Karpenter qeyd edib ki, EBRD Azərbaycan üzrə 2025-2030-cu illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyasını yeni təsdiq edib və bu strategiya Azərbaycanın milli inkişaf məqsədlərinə uyğundur.
Azərbaycanla uzunmüddətli və səmərəli tərəfdaşlığını qeyd edən EBRD rəsmisi bankın bundan sonra da Azərbaycan iqtisadiyyatını dəstəkləməkdə davam etmək niyyətini, bu baxımdan ölkənin iqtisadi potensialının əlaqələrin genişlənməsinə əlavə imkanlar yaratdığını qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan EBRD ilə əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib
EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
EBRD iqlim strategiyası üzrə yeni idarəedici direktor təyin edib
İdarəedici direktor: "EBRD COP29-da mühüm kredit sazişləri imzalamağa hazırlaşır"
EBRD Azərbaycanla əməkdaşlıq üzrə yeni beşillik strategiyasını təsdiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












