Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2026
22:00
ff

Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər

02 iy, 2026
22:00
263

Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər

Bu payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər.

Sizinxeber.az xəbər verir ki, bunu hakim Serbiya Tərəqqipərvər Partiyasının (SPP) sədri Miloş Vuçeviç bildirib.

"Düşünürəm ki, seçkilər payızda, sentyabr, oktyabr və ya noyabrda keçiriləcək və məhz o zaman vətəndaşlar seçki məntəqələrinə gedib həm yeni parlamenti, həm də respublikanın prezidentini seçə biləcəklər", - Vuçeviç deyib.

Siyasətçi onu da qeyd edib ki, prezident və parlament seçkilərinin eyni vaxtda keçirilib-keçirilməyəcəyini hələ bilmir.

Qeyd edək ki, 27 iyunda Serbiya prezidenti Aleksandr Vuçiç bir neçə həftə ərzində dövlət başçısı vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Bizimlə əlaqə saxlayın

×
×