Azərbaycan bazarın təhlükəsizliyi üçün neft və qaz sektoruna investisiyaları artırmaq çağırışı edib
Lazımi hazırlıq olmadan sürətləndirilmiş enerji keçidi qlobal enerji təhlükəsizliyi üçün risklər yarada bilər.
"Report"un Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində enerji üzrə panel sessiyasında bildirib.
Onun sözlərinə görə, dünya iqtisadiyyatı hələ də təxminən 80 % karbohidrogenlərdən asılıdır və bu struktur əhəmiyyətli dərəcədə dəyişməyib.
"Enerjiyə qlobal tələb hər il təxminən 3,5 % artır və bizə getdikcə daha çox resurs lazımdır. Eyni zamanda, bərpa olunan enerji mənbələrinin inkişafı karbohidrogenləri əvəz etmir, yalnız ümumi enerji balansını tamamlayır", - nazir qeyd edib.
Onun sözlərinə görə, bərpa olunan enerji sektoru son illərdə fəal inkişaf edərək artım nümayiş etdirir: ötən il bu artım təxminən 15,5 % təşkil edib, lakin bu artım karbohidrogen həcmlərini əvəz etmir.
"Yəni bu əvəzetmə deyil - daha çox gələcəkdə dünya iqtisadiyyatının dinamik inkişafı üçün zəruri olan enerji səviyyəsinə əlavədir", - nazir vurğulayıb.
Şahbazov qeyd edib ki, enerji keçidi çərçivəsində yaxşı düşünülməmiş qərarlar mənfi nəticələrə gətirib çıxara bilər.
"Enerji keçidi baş verir, lakin o, səmərəli şəkildə olmalıdır. Məncə, enerji keçidi çərçivəsində kifayət qədər düşünülməmiş qərarlar bəzən problemlər yaradır. Məsələn, karbohidrogen sektorunun inkişafına kifayət qədər investisiya qoyulmadıqda. Nəticədə biz enerji təhlükəsizliyi məsələsinə gəlib çıxırıq. Bütün enerji növlərini nəzərə almaq lazımdır, çünki başqa yol yoxdur", - Şahbazov əlavə edib.
Onun sözlərinə görə, enerji keçidinə daha tarazlı yanaşma ölkələrin enerji müstəqilliyini gücləndirə bilər. "Enerji keçidi nə qədər düşünülmüş şəkildə həyata keçirilirsə, ölkələr enerji təchizatı baxımından bir o qədər çox müstəqillik əldə edir, çünki bu, onların müstəqilliyini formalaşdırır", - o vurğulayıb.
Oxşar xəbərlər
Pərviz Şahbazov: “Enerji keçidinə birtərəfli yanaşma ciddi risklər yarada bilər”
Pərviz Şahbazov: "Enerji məsələsi dövlətlərin ümumi təhlükəsizliyi üçün vacibdir"
Pərviz Şahbazov: "Bərpa olunan enerji dəhlizləri qlobal inkişafda liderlik öhdəliyimizi əks etdirir"
SOCAR rəsmisi: “Enerji balansı üçün yalnız bərpa olunan mənbələr kifayət etmir”
Yüksək Səviyyəli Çempion: "Kommunal xidmətlərə investisiyalarla qlobal enerji keçidi güclənir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
