sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya Odessada SOCAR-ın neft bazasına zərbə endirib
Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RBK-Ukrayna”ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
Oxşar xəbərlər
Rusiya SOCAR-ın Odessadakı neft bazasına hücum edib, 4 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri Azovdakı neft bazasını vurub
Ukrayna Rusiyanın ən böyük NEZ-lərindən birinə hücum edib
SOCAR: Neft Emalı Zavodundakı yanğın zamanı xəsarət alan yoxdur
Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft bazasına hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













