"Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası" təsdiqlənib
Nazirlər Kabineti "Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası Qaydası"nı təsdiq edib.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Qayda "Qaz təchizatı haqqında" qanuna əsasən hazırlanıb.
Tikinti obyektlərinin tüstü bacalarının layihələndirilməsi və tikintisi (quraşdırılması) tikinti obyektinin təyinatına uyğun olaraq Nazirlər Kabinetinin 23 fevral 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nın, şəhərsalma və tikintiyə dair normativ sənədlərin (o cümlədən qaz təchizatı üçün layihələndirmə normalarının), yanğın təhlükəsizliyinə dair qanunvericiliyin, həmçinin "Ətraf mühitin mühafizəsi haqqında" qanunun tələblərinə uyğun həyata keçirilir.
Tüstü bacalarının işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə Qanunun 18-ci maddəsinə uyğun olaraq qazpaylayıcı sistem operatoru tərəfindən ildə bir dəfə (hər il noyabrın 1-nə qədər) istehlakçının tüstü bacalarının müayinəsinin keçirilməsi təmin edilməlidir.
Qaydada istifadə olunan anlayış qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir.
Oxşar xəbərlər
Azərbaycanda qaz təchizatı obyektlərinin texniki istismar qaydaları hazırlanacaq
Tüstü bacalarında müayinənin keçirilməsi qaydası müəyyənləşəcək
Azərbaycanda qaz təsərrüfatı obyektlərinin lisenziyalaşdırılması üçün əlavə şərtlər genişləndirilib
Azərbaycanda helikopter meydançalarına dair tələblər təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
