Tüstü bacalarında müayinənin keçirilməsi qaydası müəyyənləşəcək
sizinxeber.az xəbər saytı

Tüstü bacalarında müayinənin keçirilməsi qaydası müəyyənləşəcək


Tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydası müəyyənləşəcək.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Qaz təchizatı haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.

Nazirlər Kabineti qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi qaydasını hazırlayıb 9 ay ərzində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabinetinə bu müddət ərzində tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydasını hazırlamaq da tapşırılıb.

Oxşar xəbərlər

Azərbaycanda qaz təchizatı obyektlərinin texniki istismar qaydaları hazırlanacaq
Xüsusi icra məmurlarının fəaliyyətinə nəzarət qaydası müəyyənləşəcək
Qazdan istifadə qaydaları hazırlanacaq
Xüsusi icra məmuruna dair müsabiqənin keçirilməsi qaydası müəyyənləşəcək
Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması qaydası hazırlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle