SOCAR və ADNOC dekarbonizasiya sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

SOCAR və ADNOC dekarbonizasiya sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq müzakirə olunub.

"Report" SOCAR-a istinadən xəbər verir ki, müzakirələr SOCAR prezidenti Rövşən Nəcəfin ADNOC-un aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə keçirtdiyi görüşdə aparılıb.

Görüşdə şirkətlər arasında uğurlu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlərdən məmnunluq ifadə edilib. Bu xüsusda “SARB" və "Umm Lulu" yataqlarında iştirak payının 3 %-nin SOCAR-a verilməsinə” və “Abşeron” qaz-kondensat yatağında 30 %-lik iştirak payının satışına dair sazişlərin önəmi vurğulanıb.

Oxşar xəbərlər

SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR-la “KazMunayGaz” arasında Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib
SOCAR “Eni S.p.A” şirkəti ilə upstream layihələrində investisiya imkanlarını nəzərdən keçirəcəklər - YENİLƏNİB
SOCAR-ın strukturunda “SOCAR Green” MMC şirkəti təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər