"Naftogaz"ın rəhbəri Azərbaycanla qaz sazişi haqqında: Bu, münasibətlərdə yeni səhifədir - EKSKLÜZİV
Azərbaycan qazının Ukraynaya tədarükü - uzunmüddətli əməkdaşlığa yol açan strateji addımdır.
Bu barədə "Report"un Şərqi Avropa bürosuna müsahibəsində "Naftogaz Ukrayna" Milli Şirkətinin rəhbəri Sergey Koretski Azərbaycanla təbii qazın alınması üzrə ilk sazişin imzalanmasını şərh edərkən bildirib.
"Ukrayna Transbalkan dəhlizi vasitəsilə Azərbaycan qazının idxalı haqqında tarixdə ilk dəfə razılaşmanın əldə olunmasını qeyd edir. Bu, ölkələr arasında münasibətlərdə yeni səhifə və uzunmüddətli əməkdaşlığın başlanğıcıdır", - deyə Koretski qeyd edib.
O, sınaq tədarüklərinin Bolqarıstan - Rumıniya - Ukrayna marşrutu üzrə həyata keçiriləcəyini bildirib.
"Bu, kiçik, lakin daha geniş əməkdaşlığa yol açan strateji addımdır", - deyə "Naftogaz"ın rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, bu sövdələşmə mənbələrin diversifikasiyasına və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir:
"Göstərilən etimada görə Azərbaycana təşəkkür edirik".
Məlumat verildiyi kimi, Ukraynanın "Naftogaz" Şirkətlər Qrupu 2025-ci il iyulun 28-də SOCAR qrupuna daxil olan SOCAR Energy Ukraine şirkəti ilə Azərbaycan təbii qazının alınması üzrə ilk sazişi imzalayıb. Tədarükün həcmi göstərilmir.
Oxşar xəbərlər
“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb
Ukrayna Transbalkan marşrutu üzrə ilk dəfə Azərbaycandan qaz almağa başlayıb
Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb
Dorin Jungiyetu: "Moldova Azərbaycan qazının Trans-Balkan marşrutu ilə Ukraynaya tədarükünün başlamasını alqışlayıb"
ENI rəhbəri: "Avropa Rusiya qazının Ukrayna üzərindən tranziti olmadan da keçinə bilər"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir








