Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb
sizinxeber.az xəbər saytı

Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb


“Naftogaz” qrupuna daxil olan şirkət ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Group-un Ukraynadakı törəmə şirkəti – “SOCAR Energy Ukraine” ilə müqavilə imzalayıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan qazının sınaq məqsədilə ilk nəqli Transbalkan marşrutu üzrə – Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir.

“Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”, – deyə “Naftogaz”ın baş icraçı direktoru Serhiy Koretski bildirib.

O, bu razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkürünü bildirib, həmçinin, Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.

Oxşar xəbərlər

Rusiya qazı yenidən Slovakiyaya tədarük olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqasının oyunları keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR ilə Almaniya şirkəti arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR Aralıq dənizində ən böyük qaz yataqlarından olan "Tamar" layihəsində 10% pay alıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Arsenal” evində heç-heçə edib, “Liverpul” səfərdə qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər