Ukrayna Transbalkan marşrutu üzrə ilk dəfə Azərbaycandan qaz almağa başlayıb
sizinxeber.az xəbər saytı

Ukrayna Transbalkan marşrutu üzrə ilk dəfə Azərbaycandan qaz almağa başlayıb


“Naftogaz” qrupuna daxil olan şirkət ilk dəfə Azərbaycan qazının alınması ilə bağlı SOCAR Group-un Ukraynadakı törəmə şirkəti – “SOCAR Energy Ukraine” ilə müqavilə imzalayıb.

"Sizinxeber.az-Economics" xəbər verir ki, Azərbaycan qazının sınaq məqsədilə ilk nəqli Transbalkan marşrutu üzrə – Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi vasitəsilə həyata keçirilir.

“Bu, kiçik həcmli, lakin strateji baxımdan mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində daha bir nümunədir”, – deyə “Naftogaz”ın baş icraçı direktoru Serhiy Koretski bildirib.

O, bu razılaşmanın əldə olunmasına dəstək verdiklərinə görə Ukrayna prezidentinə, hökumətə və Energetika Nazirliyinə təşəkkürünü bildirib, həmçinin, Azərbaycandan olan tərəfdaşlara göstərdikləri etimada görə minnətdarlığını ifadə edib.

Oxşar xəbərlər

Ukrayna ilk dəfə Azərbaycandan qaz almağa başlayıb
“Naftogaz” SOCAR-la Azərbaycan qazının alınması ilə bağlı ilk sazişi imzalayıb
Rusiya qazı yenidən Slovakiyaya tədarük olunur
UEFA Avropa Liqasının oyunları keçirilib
SOCAR ilə Almaniya şirkəti arasında təbii qaz alışı üzrə müqavilə imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər