Sizinxeber.az » İqtisadiyyat » Biznes » Bakı Enerji Həftəsində KOB-ların "yaşıl iqtisadiyya"ta keçidi təşviq olunur

Bakı Enerji Həftəsində KOB-ların "yaşıl iqtisadiyya"ta keçidi təşviq olunur

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOB-ların "yaşıl iqtisadiyyat"a keçidini və Bakı İqlim Bəyannaməsini təşviq edir.

"Sizinxeber.az" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qurumun builki sərgidəki stendi KOB-ların "yaşıl iqtisadiyyat"a keçidinin və COP29 çərçivəsində Agentliyin irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqinə həsr olunub. Bu məqsədlə stenddə Bakı İqlim Bəyannaməsi ilə bağlı yazılı və video materiallara yer ayrılıb.

20-yə yaxın yerli və beynəlxalq təşkilatın qoşulduğu bəyannamə KOB-ların yaşıl keçidinə dair ilk qlobal təşəbbüsdür. Bu sənəd qlobal səviyyədə kiçik və orta sahibkarların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsini nəzərdə tutan tədbirləri özündə ehtiva edir. Sərgi müddətində sahibkarlıqla bağlı yerli və xarici təşkilatlar bəyannamə barədə məlumatlandırılacaq və onların bu təşəbbüsə qoşulması istiqamətində təbliğat işləri aparılacaq.

KOBİA-nın stendində həmçinin, tekstil, enerji, İKT, sənaye avadanlıqlarının istehsalı, xidmət və logistika sahələrində fəaliyyət göstərən 10-a yaxın KOB subyektinin məhsul və xidmətləri nümayiş olunur. Bu dəstək KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqlar qurması məqsədi daşıyır.

“Caspian Oil and Gas” sərgisi sabah başa çatacaq. Bu müddətdə KOBİA-nın stendi yaşıl keçidə maraq göstərən və bu istiqaməti dəstəkləyən sahibkarlar və digər maraqlı tərəflər üçün görüşlər, məsləhət xidməti və Bakı İqlim Bəyannaməsinin təşviqinə dəstək platforması kimi fəaliyyət göstərəcək.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !