KOBİA “Caspian Oil and Gas” sərgisində KOB-lar üçün ayrıca stend quracaq
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iyunun 2-4-də Bakıda keçiriləcək 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.
Bu barədə “Sizinxeber.az”a KOBİA-dan məlumat verilib.
Xatırladaq ki, iyunun 2-4-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək.
Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və KOB-ların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOBİA bu il də sərgidə KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq.
Ödənişsiz əsaslarla sözügedən stenddə məhsul və xidmətlərini təqdim etməkdə maraqlı olan KOB-lar mayın 23-dək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər ().
Qeyd edək ki, müraciət formasında “İştirak etmək istədiyiniz tədbir” bölməsində “Caspian Oil and Gas 2025” qeyd olunmalıdır.
Oxşar xəbərlər
Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq
Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
KOBİA: 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Bakıda IV "Rebuild Karabakh" sərgisi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
