Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2025
17:00

Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb

15 may, 2025
17:00
650

Azərbaycanda uşaqlarla bağlı texniki reqlament layihələri hazırlanıb

“Uşaqlar və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş malların təhlükəsizliyinə dair texniki reqlament” və “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında texniki reqlament” layihələri ictimai müzakirəyə təqdim olunub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, hər iki layihə ilə bağlı ictimai müzakirə prosesi başa çatdıqdan sonra sənədlər təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Məqsəd uşaqların istifadə etdiyi məhsulların və oyun avadanlıqlarının təhlükəsizlik standartlarının artırılması və istehlakçıların hüquqlarının qorunmasıdır.

Bizimlə əlaqə saxlayın