Tahir Mirkişili: "Orta Dəhlizin sabitliyi türk dünyasını qlobal iqtisadi sistemin əsas oyunçularından birinə çevirir"
Orta Dəhlizin sabitliyi, Azərbaycanın nəqliyyat sektoruna yatırdığı investisiyalar və bu sahədə genişlənən əlaqələr türk dünyasını qlobal iqtisadi sistemin əsas oyunçularından birinə çevirir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində deyib.
Deputat qeyd edib ki, türk dünyasının ərazisindən keçən beş beynəlxalq nəqliyyat dəhlizi regionun strateji əhəmiyyətini daha da artırır: “Əgər bir vaxtlar dünya boğazlar uğrunda mübarizə aparırdısa, bu gün dəhlizlər uğrunda mübarizə gedir. Bu nəqliyyat dəhlizlərinin əksəriyyəti türk dünyasından keçir və ən böyüyü Azərbaycanın ərazisindən keçir".
Onun sözlərinə görə, türk dünyasının güclənməsi iqtisadi və texnoloji inkişafdan asılıdır: "Türk dünyasının geridə qalmasının əsas səbəbi investisiya və texnologiya çatışmazlığı olub. Bu gün Azərbaycan, Türkiyə və digər qardaş ölkələrin liderlərinin müdrik və gələcəyə yönəlmiş siyasəti nəticəsində çox mühüm bir güc formalaşıb. Dünya sürətlə dəyişir və yeni düzən yaranır. Bu yeni düzəndə türk dünyasının rolu strateji baxımdan xüsusi əhəmiyyət kəsb edir”.
T. Mirkişili qeyd edib ki, gələcək nəsillər üçün iqtisadi və texnoloji inkişaf əsas prioritet olmalıdır. Onun sözlərinə görə, iqtisadiyyat, sərmayə və texnologiyaya diqqət yetirilmədən bu məqsədə çatmaq mümkün deyil:
“Hazırda Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palatası kimi mühüm təşəbbüslər müzakirə olunur. Ancaq biz gələcəkdə Türk texnologiyaları, süni intellekti və innovativ məhsulları haqqında danışmalıyıq. Yalnız bu halda Türk dünyası heç bir təhdidlə üzləşməyəcək”.
Oxşar xəbərlər
Türk İnvestisiya Fondu və TCCİ Anlaşma Memorandumu imzalayıb
Tokayev: Orta Dəhliz Türk dünyasının iqtisadi rifahına töhfə verməyə davam edəcək
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
