Azərbaycan qeyri-neft-qaz ixracını 18% artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.
"Sizinxeber.az" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,1 % artaraq 300,1 milyon ABŞ dolları olub.
Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 35 milyon ABŞ dolları və yaxud 42,5 %, şəkərin ixrac dəyəri 1,9 milyon ABŞ dolları və yaxud 25,8 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 4,1 milyon ABŞ dolları və yaxud 16,7 %, meyvə-tərəvəzin ixrac dəyəri 26,8 milyon ABŞ dolları və yaxud 14,8 %, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 6,1 milyon ABŞ dolları və yaxud 9,8 %, pambıq ipliyin ixrac dəyəri 360,9 min ABŞ dolları və yaxud 5,3 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 14 % artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 7,9 % artaraq 90,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 12,2 % artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan qeyri-neft-qaz ixracını 15 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 2 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 7 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-ə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
