Naxçıvanda I rübdə vergi orqanlarına 400-ə yaxın müraciət daxil olub
Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında vergi orqanlarına ümumilikdə 393 müraciət daxil olub.
"Sizinxeber.az" İqtisadiyyat Nazirliy yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, müraciətlərin 88 %-ni ərizələr, 12 %-ni şikayətlər təşkil edib. Onların 95,7 %-nin baxılması dövr ərzində başa çatdırılıb, 4,3 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 95,2 %-i həll olunub, 3,7 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul edilib.
Rüb ərzində yerli Dövlət Vergi Xidmətində vəzifəli şəxslər ümumilikdə 87 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.
Oxşar xəbərlər
Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll edilib
Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll olunub
Ötən il Naxçıvanın vergi orqanlarına 2 minə yaxın müraciət edilib
Naxçıvanda 8 ayda vergi orqanlarına 1 100-dən çox müraciət daxil olub
Naxçıvanda Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













