Azərbaycanda kameral vergi yoxlamalarının sayı 29 % azalıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəqəmsal platformalarının təkmilləşdirilməsi səyyar vergi yoxlamaların sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.
"Sizinxeber.az" xəbər verir ki, bunu qurumun rəisi Orxan Nəzərli Bakıda keçirilən, “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş "Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi" mövzusunda konfransda bildirib.
"2024-cü ildə 800 mindən çox aktiv vergi ödəyicisinə münasibətdə cəmi 384 səyyar vergi yoxlaması aparılıb. Bu, 2023-cü illə müqayisədə 29 %, 2018-ci ilə nisbətən isə 5-6 dəfə azdır. Lakin bir yoxlamaya düşən effektivlik göstəricisi 37 % artıb və hər yoxlama üzrə hesablanmış vəsait 1,4 milyon manata yaxındır. Vergi nəzarətində əsas yük məsafədən bəlli məlumatlar əsasında aparılan kommeral vergi yoxlamalarının üzərinə düşür: 2024-cü ildə 150 min kommeral vergi yoxlaması aparılıb. Beləliklə bu gün biz vergi ödəyiciləri ilə bağlı tutumlu məlumata malikik. Hər gün bu məlumatların həcmi və keyfiyyəti artmaqdadır", -deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda vergi ödəyiciləri üçün uçot sistemi təkmilləşdiriləcək
Azərbaycanda son 6 ildə aktiv vergi ödəyicilərinin sayı 2 dəfəyə yaxın artıb
Orxan Nəzərli: "Sahibkarlıq subyektlərinin vergi uçotuna yanaşması dəyişib"
Orxan Nəzərli: "Vergi orqanlarının fiskal yığımlardakı payı 77 %-ə çatıb"
Naxçıvanda vergi daxilolmaları 38 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













