“Bakı KOB evi” və “Miniboss” arasında Anlaşma Memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

“Bakı KOB evi” və “Miniboss” arasında Anlaşma Memorandumu imzalanıb


“Bakı KOB evi” və “Miniboss” biznes məktəbi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, sənəddə “Bakı KOB evi”nin nəzdində fəaliyyət göstərən Startap İnkişaf Mərkəzinin imkanlarından istifadə, “Biznes akademiyası” layihəsi çərçivəsində uşaqların biznes sahəsində biliklərinin artırılması və maliyyə savadlığına dair təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Biznes akademiyası” layihəsi 10 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulur. Layihə çərçivəsində onlar üçün hər şənbə günü Startap İnkişaf Mərkəzində peşəkar mütəxəssislər tərəfindən biznes təlimlər keçiriləcək. İki ay davam edəcək akademiyada uşaqlar biznesə dair əsas anlayışlar barədə məlumatlandırılacaq, onların liderlik və sahibkarlıq, komandada işləmək və qərar qəbul etmə, tərəfdaşlarla danışıqlar aparmaq, ictimaiyyət qarşısında çıxış etmək bacarıqları inkişaf etdiriləcək, komanda şəklində startap layihələri üzərində işləyəcəklər. Proqramı başa vuran iştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.

Oxşar xəbərlər

KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
Bakıda keçirilən AZHAB Forumunda anlaşma memorandumu imzalanıb
KOBİA: Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara dəstək göstərilib
Nijni Novqorodda Azərbaycandakı biznes imkanlarına dair vebinar keçiriləcək
“Qazprom” və Macarıstan arasında qaz tədarükünün artırılması imkanlarına dair memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər