“Qazprom” və Macarıstan arasında qaz tədarükünün artırılması imkanlarına dair memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

“Qazprom” və Macarıstan arasında qaz tədarükünün artırılması imkanlarına dair memorandum imzalanıb


Rusiyanın “Qazprom” şirkəti və Budapeşt arasında RF-dən Macarıstana qaz tədarükünün artırılması imkanlarına dair Anlaşma Memorandumu imzalanıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Millerin Sankt-Peterburq Beynəlxalq Qaz Forumu çərçivəsində Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto ilə görüşünün yekunları üzrə şirkətin yaydığı məlumatda deyilir.

“Tərəflər qaz tədarükü məsələlərini və qaz sahəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə ediblər. Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Rusiya qazının tədarükünün böyük əhəmiyyəti qeyd edilib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, görüşdə A.Miller və P.Siyartonun iştirakı ilə Rusiya qazının Macarıstana nəqlinin artırılması imkanları haqqında Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər

Təhsilin İnkişafı Forumu çərçivəsində əməkdaşlıq memorandumu imzalanıb
SOCAR və “Qazprom” strateji tərəfdaşlığı genişləndirmək barədə razılığa gəlib
Macarıstan Bolqarıstanı Şengen zonasına buraxdı
Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb
BTC ilə I yarımildə 700 min tondan çox Qazaxıstan nefti daşınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle