Şahin Bağırov: "Büdcə proqnozunu yerinə yetirməyimiz üçün problem yoxdur"
Azərbaycanın gömrük orqanlarının dövlət büdcəsi ilə bağlı proqnozu yerinə yetirməsi üçün hər hansı problem yoxdur.
"Sizinxeber.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədr Şahin Bağırov bildirib.
"Gömrük orqanları bu il də büdcə proqnozunun yerinə yetirilməsini təmin edəcək. Bu proqnoz hesablamalara əsaslanır. Ticarət əməliyyatları, xüsusilə idxalın həcmi nəzərdən keçirilir. Daha sonra dəqiq rəqəmlər təsbit olunur və təsdiq olunur. Apardığımız fəaliyyət nəticəsində büdcə proqnozunun yerinə yetirilməsində bir çətinlik yoxdur. Növbəti ilin də büdcə sənədləri qəbul olunub və biz qarşımızda duran və müəyyən olunmuş tapşırıqları yerinə yetirəcəyik",- deyə o qeyd edib.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb
DGK: Gömrük gəlirlərinin toplanması istiqamətində yeni mexanizm hazırlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
