Azərbaycanda xarici investisiya hüquqi şəxslərin müraciətlərinin qəbulu asanlaşacaq
Azərbaycanda "Konsul leqallaşdırılması" informasiya sisteminin təsdiq edilməsi haqqında fərman layihəsi hazırlanıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq məsələləri üzrə şöbəsinin müdiri Anar Məmmədov bu gün keçirilən "Biznesə daxilolma" İşçi qrupunun iclasında bildirib.
Onun sözlərinə görə, "Konsul leqallaşdırılması" informasiya sisteminin yaradılmasının məqsədi bu sahədə prosesin rəqəmsallaşdırılmasıdır: "Hazırda bu proseslər kağız daşıyıcılar vasitəsilə həyata keçirilir. "Konsul leqallaşdırılması" informasiya sistemi xarici investisya hüquqi şəxslərin müraciətlərinin qəbul edilməsini asanlaşdırılmasına, təqdim olunan sənədlərin operativ şəkildə təsdiqinə və aidiyyatı dövlət qurumlarının həmin məlumatları qısa müddət ərzində əldə etməsinə istiqamətlənib. Burada növbəti komponent "Elektron reyestr" sisteminin yaradılmasıdır. Bu sistem açıq olacaq və sənədlərin saxtalaşdırılmasına dair preventiv tədbirlərin həyata keçirilməsinə imkan verəcək".
A. Məmmədov əlavə edib ki, hər bir informasiya sisteminin hüquqi əsası olmalıdır: "Konsul leqallaşdırılması" informasiya sisteminin təsdiq edilməsi haqqında fərman layihəsi hazırlanıb və aidiyyatı dövlət qurumlarına təqdim olunub".
Oxşar xəbərlər
Samirə Musayeva: "Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib"
Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
