Samirə Musayeva: "Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatında rəqəmsal yeniliklər tətbiq edilib"
Azərbaycanda xarici investisiyalı hüquqi şəxslərin təsisçilərinin xarici fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, elektron qaydada dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar yaradılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” İşçi qrupunun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva İşçi qrupun iclasında bildirib.
Onun sözlərinə görə, xarici hüquqi şəxslərin qeydiyyat prosesi tamamilə yerli hüquqi şəxslərin qeydiyyat proseduruna uyğunlaşdırılıb və bu sahədə mövcud fərqlər aradan qaldırılıb.
“Sahibkarlıq mühitinin inkişafı istiqamətində bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib”, - deyə S. Musayeva vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycanda kommersiya qurumlarının qeydiyyatı istiqamətində islahatlar və rəqəmsal yeniliklər - TƏHLİL
Azərbaycanda vergi ödəyicilərinin sayı 6 % artıb
Azərbaycanda şirkət təsisçilərinin dəyişikliyi proaktiv olaraq qeydiyyata alına bilər
Azərbaycanda biznesin müflisləşməsi və sağlamlaşdırılması sahəsində yeni priorietlər müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
