Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Oktyabrın 25-27-də Xaçmaz şəhərində “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Qurumun təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.
Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Xaçmaz və ətraf bölgələrdən olan KOB subyektləri oktyabrın 22-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Xaçmaz” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
Oxşar xəbərlər
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Zaqatalada “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Azərbaycanda növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək
KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













