Azərbaycanda növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək.
"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, 4-6 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətraf rayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:
(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satış imkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsində mədəni-əyləncəli proqram və master klasslar da təşkil olunacaq.
Oxşar xəbərlər
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
