Azərbaycanda reklam qanunvericiliyinin pozulması ilə bağlı baxılmış müraciətlərin sayı 52 % artıb
Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti reklam qanunvericiliyinin pozulması ilə bağlı 84 müraciətə baxıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, hesabat dövründə təmin olunan müraciətlərin sayı isə 2 dəfəyə yaxın artaraq 52-yə çatıb.
"Dövlət Xidmətinin reklam (açıq məkanda reklam istisna olmaqla) qanunvericiliyinə riayət olunması istiqamətində həyata keçirdiyi tədbirlər sahibkarlıq subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına səbəb ola biləcək hərəkətlərin qarşısının alınmasına xidmət edir", - deyə M.Abbasbəyli qeyd edib.
Oxşar xəbərlər
Dövlət Xidməti 7 ayda rəqabətin məhdudlaşdırılması üzrə 97 müraciətə baxıb
Azərbaycanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 28 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3

