Dünya Bankının rəsmisi: "İqlim hadisələri Azərbaycana da mənfi təsirlər göstərəcək"
İqlim dəyişkənliyi səbəbindən baş verən təbiət hadisələri Azərbaycana da mənfi təsirlərini göstərəcək.
"Sizinxeber.az" xəbər verir ki, bunu bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişkənliyinin artması problemi ilə üz-üzədir: "Biz artıq bilirik ki, temperatur yüksəlir və bundan sonra da yüksələcək. Bundan əlavə, müxtəlif modelləşdirmələr vasitəsilə göstərdik ki, su ilə bağlı da dəyişikliklər artacaq. Məsələn, əvvəllər yağış yağmayan yerlərə yağış yağacaq, yağışın olduğu yerlər isə yağmursuz olacaq. Həmçinin quraqlıq və daşqınlar kimi iqlim hadisələrinin daha çox şahidi olacağıq. Bu artıq qlobal miqyasda müşahidə olunur və Azərbaycana da təsir edəcək".
Dünya Bankının rəsmisi qeyd edib ki, bu vəziyyət suyun 70 %-ni transsərhəd mənbələrdən əldə edən Azərbaycanı çox narahat edir: "Regionun digər ölkələri də oxşar problemlərlə üzləşirlər. Onlar öz ölkələrində suyu saxlamaq üçün su anbarları kimi infrastrukturlar qurmağa başlayacaqlar".
Oxşar xəbərlər
Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək
Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur"
AMB: Ölkədə "yaşıl maliyyə" ilə bağlı boşluqlar var
ADB prezidenti Bakıda keçiriləcək COP29-da dünya liderlərinə qoşulacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
