Azərbaycan bank sisteminin iqlim dəyişikliyinə davamlılığını qiymətləndirəcək
Növbəti illərdə Azərbaycanın bank sektorunda iqlim riskləri ilə bağlı stress-testlərin keçirilməsi planlaşdırılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB-nin məlumatına görə, stress-testlər 2023-2026-cı illəri əhatə edən "Dayanıqlı maliyyə üzrə Yol Xəritəsi"nin fəaliyyət planına daxil edilib. İlk növbədə bu testlərin keçirilməsi üçün məlumat bazası yaradılacaq, daha sonra isə müvafiq tədbirlərin hazırlanması üçün test nəticələri təhlil ediləcək.
"İqlim stress-testlərinin keçirilməsi AMB-nin dayanıqlılıq gündəliyinin mühüm hissəsidir. Yaxın vaxtlarda beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində bu istiqamətdə hazırlıq işlərinə başlanılacaq", - Mərkəzi Bankdan bildirilib.
Qeyd edək ki, yol xəritəsi iqlim dəyişikliyi və ekoloji risklərin əhəmiyyətini, həmçinin onların azaldılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. İqlim riskləri maliyyə institutlarına fiziki və keçid riskləri vasitəsilə təsir göstərir. Fiziki risklərə daşqınlar və quraqlıq kimi iqlim dəyişikliyinin birbaşa nəticələri daxildir, keçid riskləri isə aşağı karbonlu iqtisadiyyata keçid prosesi ilə bağlıdır. Bu risklər Azərbaycan iqtisadiyyatı və maliyyə sektoru üçün həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə aktualdır.
Temperaturun artması, yağıntı normalarının dəyişməsi və daşqınlar, istilik dalğaları kimi təbii fəlakətlərin tezləşməsi iqtisadiyyatın və əhalinin həssaslığını artırır. Bu amillər həmçinin maliyyə bazarlarına və investisiyalara təsir göstərir. Məsələn, quraqlıq və su çatışmazlığı bankların kənd təsərrüfatı portfelinə mənfi təsir göstərə və onun keyfiyyətini aşağı sala bilər. Uzunmüddətli perspektivdə qlobal dekarbonizasiya səyləri ilə bağlı keçid riskləri də Azərbaycan iqtisadiyyatına və maliyyə sisteminə təsir göstərəcək. İstixana qazı emissiyalarının azaldılması sahəsində qlobal çağırışları nəzərə alaraq, Azərbaycanın öhdəlikləri dayanıqlı inkişafı dəstəkləyəcək və qeyri-neft iqtisadiyyatına keçidi sürətləndirəcək.
Oxşar xəbərlər
Özbəkistanın ekologiya naziri: COP29-un Azərbaycanda keçirilməsi Mərkəzi Asiya üçün də vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB: Azərbaycanda yeni maliyyə alətlərinin hüquqi bazası formalaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan banklarında ekoloji risklərin idarə edilməsi üzrə təlimat təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda banklar iqlim dəyişmələrinə dayanıqlılığla bağlı hesabat verəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Avstraliyanın energetika naziri ilə COP29-da iqlim maliyyələşdirilməsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












