Xarici banklar Rusiyada filiallar aça biləcəklər
Xarici banklara Rusiyada filial açmağa icazə verən, həmçinin onların fəaliyyətinə bəzi məhdudiyyətləri nəzərdə tutan qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.
“Sizinxeber.az” xəbər verir ki, bundan əvvəl Rusiya Federasiyasında xarici kredit təşkilatlarının yalnız törəmə bankları və nümayəndəlikləri ola bilərdi.
Yeni qanunvericilik normalarına əsasən, xarici bankın filialı hüquqi şəxslərə bank hesabları açıb apara, hüquqi şəxslərin adından vəsait köçürə, müxbir banklar da daxil olmaqla, hüquqi şəxslərə pul vəsaitlərinin, veksellərin, ödəniş və hesablaşma sənədlərinin inkassasiyasını və kassa xidmətlərini həyata keçirə biləcək.
O, həmçinin zəmanət və zaminlik təqdim edəcək, kirayə üçün xüsusi binalar, sənədlərin və qiymətlilərin saxlanması üçün seyflər verəcək, lizinq əməliyyatları aparmaq, məsləhət və məlumat xidmətləri göstərə biləcək.
Qanunun məqsədi izahat qeydində qeyd olunduğu kimi, beynəlxalq ödənişlər sisteminin inkişafına və xarici investisiyaların cəlb edilməsinə şərait yaratmaqdır. Rusiya Bankı xarici bankların filiallarının fəaliyyətinə nəzarət edəcək.
Oxşar xəbərlər
Xarici banklar Rusiyada filial aça biləcəklər
Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək
Azərbaycanda "Banklar haqqında" qanunda bəzi dəyişikliklər edilib
Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
AZAL Naxçıvana uçuşları ləğv etdi - SƏBƏB?
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
