Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirilib
sizinxeber.az xəbər saytı

Rusiyada əcnəbilərin deportasiyası qaydaları dəyişdirilib


Rusiya Prezidenti Vladimir Putin ölkədə xarici vətəndaşların deportasiyası üçün yeni qaydalar müəyyən edən qanunu imzalayıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, sənəd hüquqi aktların rəsmi dərc olunduğu portalda yerləşdirilib.

O cümlədən bu qanun deportasiya edilməli olan şəxslərin xüsusi müəssisələrdə saxlanmasına aiddir. İnzibati Xətalar Məcəlləsinə (İXM) ediləcək dəyişikliklərə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin belə yerlərdə saxlanılması 90 gündən çox ola bilməz.

Bundan əlavə, sənəd nəzarət orqanlarına deportasiyanı digər sanksiyalarla əvəz etmək hüququ verir. Əcnəbilərdən 50 min rubla qədər cərimə ödəmək və ya 200 saata qədər məcburi iş görmək də tələb oluna bilər.

Qanun deportasiya qərarına bir neçə amilin təsir edəcəyini göstərir. Bunlara əcnəbinin peşəsi, ailə vəziyyəti və gəlir səviyyəsi, habelə Rusiya pasportu almaq üçün sənədlərin təqdim edilməsi faktı daxildir.

Oxşar xəbərlər

Putin üç ölkə sakinləri üçün Rusiya vətəndaşlığına qəbulu sadələşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin bəzi Avropa ölkələrinin vətəndaşlarına Rusiya vizası üçün güzəştlərini ləğv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Ukrayna Rusiyaya böyük zərbə vurarsa, bu hadisə Putinin seçkilərdəki reytinqinə mənfi təsir edə bilər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada ölkədən çıxışına məhdudiyyət qoyulan vətəndaşlar xarici pasportlarını təhvil verməli olacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər