Xarici elektron pul təşkilatının yerli filialı təhlükəsizliyə dair tələbləri pozarsa 10 min manatadək cərimələnəcək
Xarici elektron pul təşkilatının Azərbaycandakı yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair tələblər pozularsa, 10 min manatadək cərimə ediləcək.
"Sizinxeber.az"un xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni 439-2-ci maddə (Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanunvericiliyin pozulması) əlavə olunur.
Dəyişikliklə elektron pul təşkilatı, o cümlədən xarici elektron pul təşkilatının yerli filialı tərəfindən pul vəsaitlərinin təhlükəsizliyinə dair qanunla müəyyən olunmuş tələblərin pozulmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək miqdarda, hüquqi şəxslər 7 000 manatdan 10 000 manatadək məbləğdə cərimə olunacaq.
Oxşar xəbərlər
Azərbaycanda "Banklar haqqında" qanunda bəzi dəyişikliklər edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qoşulduğu “Poçt ödəniş xidmətləri haqqında Saziş” və onun Yekun Protokolu yenilənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclis dekabrın 5-də toplanır, gələn ilin dövlət büdcəsi III oxunuşda müzakirə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərlə bağlı yeni cəzalar müəyyən edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












