

Azərbaycan buğda idxalına çəkdiyi xərci 8 % azaldıb
2024-cü ildə Azərbaycan 1 milyon 292 min ton buğda idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 279 milyon 681 min ABŞ dolları təşkil edib.
Bunlar, 2023-cü illə müqayisədə həcm baxımından 116 min 685 ton (9,9 %) çox, dəyər baxımından isə 24 milyon 302 min ABŞ dolları (7,9 %) azdır.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,3 %-ni təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.
Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.
Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.
Oxşar xəbərlər
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 16 % azaldıb
Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo 2 dəfədən çox azalıb
Azərbaycan buğda idxalına çəkdiyi xərci 21 % azaldıb
Bu il Azərbaycan buğda idxalına çəkdiyi xərci azaldıb
Azərbaycan buğda idxalını 20 % azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
