Azərbaycan buğda idxalını 37 % artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan buğda idxalını 37 % artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 257 min 269 ton buğda idxal edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 57 milyon 895 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 69 min 699 ton (37,1 %), dəyər baxımından isə 17 milyon 399 min ABŞ dolları (43 %) çoxdur.

Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 2,2 %-ni təşkil edib.

Xatırladaq ki, ötən iki ayda Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,4 % azalıb, idxal isə 36,5 % azalıb.

Son nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 % azdır.

Oxşar xəbərlər

Azərbaycan buğda idxalına çəkdiyi xərci 8 % azaldıb
Azərbaycanın pambıq ixracından gəliri 11 %-dən çox azalıb
Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 16 %-ə yaxın artırıb
Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb
Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər