"Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın "Məzun günü" keçirilib
Mayın 6-da İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Respublikası Kosmik Agentliyi, İsrail Aerokosmik Sənayesi Korporasiyasının və Holon Texnologiya İnstitutunun tərəfdaşlığı ilə təsis edilmiş "Vistar" Mükəmməllik Mərkəzində ikinci dalğanın məzunlarının layihə təqdimatları baş tutub.
Ümumilikdə ikinci dalğadan 30 nəfər məzun olub, onların 37 %-ni qadınlar təşkil edir. Fərqli komandalar 6 startap üzrə layihələrini təqdim edib.
Tədbirdə açılış nitqi ilə çıxış edən İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov "Vistar" Mükəmməllik Mərkəzinin fəaliyyətinin ölkədə innovativ insan kapitalının inkişafına mühüm töhfə verdiyini vurğulayıb: "Mərkəz İsrail-Azərbaycan texnoloji əməkdaşlığının bir simvolu olaraq qabaqcıl təcrübənin öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Proqramın iştirakçıları aparıcı ekspertlərlə işləyir və onların mentorluğundan faydalanırlar".
Daha sonra məzunların layihə təqdimatları baş tutub. Məzunlar süni intellekt və kosmik texnologiyalar əsasında hazırladıqları məhsul və xidmətlər haqqında ətraflı məlumat veriblər.
Qeyd edək ki, "Vistar" Mükəmməllik Mərkəzində "İnsan kapitalının inkişafı" və "Peyk innovasiyaları və tətbiqi" proqramlarına 2025-ci ilin noyabr ayında başlanmışdır. 2026-cı ilin yanvar ayında birinci dalğadan 32 nəfər məzun olmuşdur.
"Vistar" Mükəmməllik Mərkəzinin məqsədi innovasiya, süni intellekt, enerji və kosmik texnologiyalar kimi sahələrdə bilik və bacarıqların artırılması, startapların inkişafı və onların beynəlxalq bazarlara çıxışını təşviq etməkdir.
Oxşar xəbərlər
Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
Fərid Osmanov: “İnnostart” proqramı regionlarda 2 mindən çox gənci innovasiya ekosisteminə cəlb edib"
BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 74 %-i öz ixtisası üzrə işə başlayıb
Azərbaycanın İsraillə birgə yaratdığı Kibertəhlükəsizlik Mərkəzindən daha 100 nəfər məzun olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
