BTİ-nin Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BİT) ekspertləri, o cümlədən innovasiya ekosisteminin fəal üzvlərinin iştirakı ilə BTİ Regional Akselerasiya Mərkəzinin gələcək faəliyyətinə dair onlayn görüş baş tutub.
Görüş zamanı Mərkəzin məqsədləri, missiyası, idarəetmə modeli və funksional istiqamətləri üzrə ekosistem iştirakçılarının rəyləri toplanılıb və geniş fikir mübadiləsi aparılıb.
Belə ki, BTİ Regional Akselerasiya Mərkəzinin əsas prioritetləri startapların, biznes subyektlərinin, dövlət qurumları və təhsil müəssisələrinin əməkdaşlığı vasitəsilə innovativ sahibkarlıq potensialının gücləndirilməsi, ekosistemdə bilik və təcrübə mübadiləsinin, eləcə də beynəlxalq şəbəkələşmənin təşviq edilməsi kimi müəyyənləşdirilib.
BTİ Regional Akselerasiya Mərkəzinin MDB bölgəsində ilk olaraq Azərbaycanda açılması da müstəsna əhəmiyyət kəsb edir. Bakıdakı Mərkəz Cənubi Qafqaz və Mərkəzi Asiyanın innovativ ekosistemlərinin əməkdaşlığını gücləndirəcək, bu xüsusda startaplar, KOB-lar, böyük şirkətlər, dövlət qurumları, universitetlər, tədqiqatçılar, investor və QHT-lərin regional innovasiya layihələrinə inteqrasiyasını sürətləndirəcək. Bununla yanaşı, innovasiya ekosistemində bazar və maliyyə əlçatanlığı, infrastruktur imkanları və insan kapitalının inkişafı təşviq ediləcək.
Qeyd edək ki, BTİ-nin Regional Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan BTİ arasında strateji əməkdaşlıq çərçivəsində 2025-ci ildə təsis edilib.
Oxşar xəbərlər
Azərbaycan BTİ ilə Akselerasiya Mərkəzinin yaradılmasını müzakirə edib
BTİ Regional Akselerasiya Mərkəzinin yaradılması ilə bağlı saziş təsdiq edilib
Regional Akselerasiya Mərkəzinin yaradılmasına dair Əməkdaşlıq Sazişi təsdiq edilib
Gəncə İnnovasiya Mərkəzi bu ilin sonuna qədər açılacaq
Bu il Gəncədə innovasiya mərkəzi açılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
