DGK sədri Naxçıvanda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

DGK sədri Naxçıvanda vətəndaşları qəbul edib


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

"Sizinxeber.az" komitəyə istinadən xəbər verir ki, qəbulda şəhərlə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinləri də iştirak edib.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Oxşar xəbərlər

Şahin Bağırov Naxçıvan şəhərində vətəndaşları qəbul edib
DGK sədri Siyəzəndə vətəndaşları qəbul edib
Şahin Bağırov Qəbələdə vətəndaşları qəbul edib
Şahin Bağırov İmişlidə vətəndaşları qəbul edib
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər