Sizinxeber.az » İqtisadiyyat » Biznes » Azərbaycanda daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Azərbaycanda daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 2 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Sizinxeber.az” KOBİA-ya istinadən xəbər verir ki, müvafiq sənədin verilməsi üzrə KOBİA-da yaradılmış Ekspertlər Şurasının növbəti iclasında 7 layihəyə baxılıb və onlardan 2-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

“Startap” şəhadətnamələri "İloyal" MMC-nin müştəri loyallığı və rəqəmsal menyu idarəetmə platforması və fərdi sahibkar Cəmil Muradovun qida və qeyri-qida məhsullarının satışı üzrə onlayn “marketpleys” və çatdırılma xidməti layihələri üçün təqdim edilib.

Ümumilikdə indiyədək KOBİA tərəfindən 215 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !