AZSTAND yeni Texniki Komitə yaradıb
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatının bazasında “İnformasiya, sənədləşdirmə, nəşriyyat və kitabxana işi” standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 52 ) təsis edib.
"Sizinxeber.az" AZSTAND-a istinadən xəbər verir ki, Texniki Komitənin əsas məqsədi fəaliyyət istiqamətləri üzrə vahid texniki yanaşmanın formalaşdırılması, milli informasiya infrastrukturunun inkişafı, nəşriyyatlar, kitabxanalar, arxivlər, muzeylər, indeksləşdirmə, sənəd mühafizəsi, rəqəmsal informasiya sistemləri və digər əlaqəli sahələrdə xidmət və məhsulların keyfiyyətinin artırılması, eləcə də beynəlxalq tələblərə uyğunlaşdırılmasına istiqamətlənmiş dövlət standartlarının hazırlanmasıdır.
Belə standartlar gələcəkdə elmi informasiya və sənədləşdirmə sahələrində vahid terminoloji bazanın yaradəlmasına və tətbiqinə imkan verəcək.
AZSTAND/TK 52-nin tərkibinə nəşriyyat və mətbuat, ali təhsil müəssisələri, o cümlədən elmi-təqdiqat institutlarının nümayəndələri daxil edilib.
Oxşar xəbərlər
Mebel sənayesində keyfiyyət və rəqabətliliyin artırılması məqsədilə Texniki Komitə yaradılıb
AZSTAND standartlaşdırma subyektlərinə müraciət edib
Azərbaycanda yeni dövlət standartlarının layihələri müzakirə edilib
Azərbaycanda toxuculuq sahəsində yeni dövlət standartı qəbul edilib
Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













