AZSTAND standartlaşdırma subyektlərinə müraciət edib
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı”nın formalaşdırılması və təsdiq edilməsi istiqamətində işlərə başlayb.
"Sizinxeber.az" bu barədə İnstituta istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə standartlaşdırma subyektləri və digər maraqlı tərəflər növbəti 3 il ərzində qəbul olunması nəzərdə tutulan dövlət standartları barədə təkliflərini linki üzərindən müvafiq nümunə formasını doldurmaqla 15 gün ərzində təqdim edə bilərlər.
“Standartlaşdırma haqqında” qanunun 6-cı maddəsi və Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli qərarı ilə təsdiq edilmiş “Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası”na əsasən, dövlət standartlarının hazırlanması prosesi milli standartlaşdırma qurumunun formalaşdırdığı, təsdiq və nəşr etdiyi üçillik milli standartlaşdırma proqramı əsasında həyata keçirilir.
Bu xüsusda yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərinə görə, texniki reqlamentlərin əsas tələblərinin yerinə yetirilməsini təmin edən istinad standartları, müvafiq normativ hüquqi aktlardan irəli gələn tələblər, standartlaşdırma üzrə texniki komitələrin iş planları, beynəlxalq və regional standartlar əsasında dövlət standartlarının qəbulu, müasir elmi-texniki araşdırmaların nəticələri, həmçinin aidiyyəti dövlət orqanlarının və maraqlı təşkilatların təklifləri nəzərə alınmaqla milli standartlaşdırma proqramının layihəsini AZSTAND formalaşdırır.
Oxşar xəbərlər
Azərbaycanda milli standartlaşdırma ilə bağlı yeni proqram hazırlanır
Kəmalə Məmmədzadə: "Yeni "Milli Standartlaşdırma Proqramı” formalaşdırılır"
Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
