Boris Titov: "Sentyabrın əvvəlində rusiyalı investorlar Azərbaycana gələcək"
sizinxeber.az xəbər saytı

Boris Titov: "Sentyabrın əvvəlində rusiyalı investorlar Azərbaycana gələcək"


Rusiyalı iş adamlarından ibarət qrup investisiya imkanlarını öyrənmək üçün sentyabrın əvvəlində Azərbaycana səfər edəcək.

“Sizinxeber.az”un məlumatına görə, bunu Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov bildirib.

O, Azərbaycanda tərəfdaşlarının olduğunu bildirib: "Biz şərab istehsalına sərmayə yatırmışıq".

B. Titov Rusiya şirkətlərinə Azərbaycana investisiya yatırmaq üçün çağırış edib: "Sentyabrın əvvəlində rusiyalı iş adamlarından ibarət qrupu gətirəcəyik. Amma onlar təkcə ən gözəl yerləri görmək üçün gəlmirlər. İnvestisiya imkanlarına həsr olunan tədbir keçiriləcək və biz müxtəlif sahələri təmsil edən bu iş adamlarını öz pullarını bu ölkəyə yatırmalarının mümkünlüyünə və vacibliyinə inandıracağıq".

Oxşar xəbərlər

Boris Titov: İqlim dəyişikliyinə uyğunlaşmaya investisiya yatırmaq üçün biznesin stimullara ehtiyacı var
Boris Titov: Qreta Tunberq iqlim məsələlərinin müzakirəsi üçün yer seçimindən heç nə anlamır
Boris Titov: Azərbaycan COP29-da karbon bazarlarının inkişafına töhfə verib
Sement, metal və plastik istehsalının dairəvi iqtisadiyyata keçirilməsi 2050-ci ilə qədər dünyada istixana qazı emissiyalarını 40 % azaldacaq
İnkişaf etmiş ölkələr COP29-da böyük iqtisadiyyatları iqlim maliyyələşməsinə cəlb etmək cəhdlərini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər